“Azərsun Holding” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və cəmiyyətdə autizm haqqında məlumatlılığın artırılması istiqamətində aprel ayı ərzində silsilə layihələr reallaşdırıb.

"Unikal" xəbər verir ki, holdinqin dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə “Autizmi tanıyaq, birgə anlayaq” adlı maarifləndirici proqramlar təşkil olunub. Layihə çərçivəsində media rəhbərləri, Milli Məclisin nümayəndələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinin nümayəndələri, həmçinin müxtəlif ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Proqramın əsas məqsədi autizm spektr pozuntusu olan şəxslərlə düzgün və həssas ünsiyyətin təşviqi, inklüziv cəmiyyətin formalaşdırılmasına töhfə vermək və cəmiyyətdə empatiya hissini gücləndirməkdir.

“Azərsun Holdinq” bu kimi sosial təşəbbüslərlə inklüziv dəyərlərin təşviqinə və cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlayışın gücləndirilməsinə dəstək verməyə davam edir. Holdinq inklüziv cəmiyyət nümayəndələrinin məşğulluq imkanlarının genişləndirilməsinə xüsusi önəm verir, onların əmək bazarına inteqrasiyasını dəstəkləyir və peşəkar inkişafı üçün real imkanlar yaradır.