Bayern Münhen" cinah müdafiəçisi Konrad Laymer ilə vidalaşmaq üzrədir.

"Unikal" "Bild"ə istinadən xəbər verir ki, ölkə çempionu 28 yaşlı futbolçunu heyətdə saxlamaq istəsə də, onun yüksək maaş tələblərini qarşılamağı planlaşdırmır.

Sözügedən oyunçu yeni mövsüm üçün 12-15 milyon avro istəyir. Klub rəhbərliyi avstriyalı oyunçunu yayda satmaq variantını daha münasib sayır.

Laymerin "Bayern" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 42 matça çıxan Konrad 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.