ABŞ prezidenti Donald Tramp Avropa Birliyindən idxal edilən minik və yük avtomobillərinə tətbiq olunan rüsumların artırılacağını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, yeni qərara əsasən, Avropa Birliyindən gətirilən avtomobillərə tətbiq edilən tariflər gələn həftədən etibarən 25%-ə çatdırılacaq.
ABŞ prezidenti bu addımı Avropa Birliyinin ABŞ ilə daha əvvəl bağlanmış ticarət sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.
O, həmçinin qeyd edib ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə əlavə rüsum tətbiq edilməyəcək.
