“Bentley Baku” “Art in Motion” simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva sərgini ziyarət ediblər.

Bu sərgi statik düşüncə anı ilə insanın daxili transformasiyasının davamlı axını arasındakı incə sərhədin tədqiqidir. Müəllifin diqqət mərkəzində metamorfozlar dünyası dayanır; burada qəhrəmanların düşüncələri və arzuları fiziki formaya çevrilərək insan mahiyyətinin davamı kimi çıxış edir və sərhəd tanımayan daxili aləmin zənginliyini simvolizə edir.

Ekspozisiyaya olan yüksək maraq Azərbaycan müasir mədəniyyəti fonunda Rəşad Mehdiyevin yaradıcılığının dəyərini aydın şəkildə ortaya qoyub.

“Art in Motion” təbii estetika ilə dərin simvolizmi birləşdirir. Burada hər bir əsər və hər bir forma fantaziyanın həyatın yeganə həqiqi meyarına çevrildiyi reallığa açılan portal kimi təqdim olunur. Müəllifin rəngkarlıq ustalığı ilə heykəltaraşlıq baxışının sintezi sərgini vahid canlı instalyasiyaya çevirərək müasir Azərbaycanda gözəlliyin və yaradıcı düşüncənin təntənəsini əks etdirir.

*** 18:33

Rəssam Rəşad Mehdiyevin fərdi yaradıcılıq sərgisinin açılış mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, sərginin açılışında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin gəlini Alena Əliyeva da iştirak ediblər.

Qeyd edək ki, Rəşad Mehdiyev Azərbaycan Respublikasının əməkdar rəssamı (2015), Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki (2012) və sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2008).