Rusiyanın Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

"Unikal" xəbər verir ki, məhdudiyyətlərin təhlükəsizlik səbəbi ilə tətbiq olunduğunu qeyd edilib.

Aprelin 28-də Soçidən yola düşən sərnişin təyyarəsi dron təhlükəsi səbəbindən yenidən dayanacaq yerinə yönləndirilib. Söhbət N4-479 reysi ilə Omsk şəhərinə uçmalı olan "Nordwind Airlines" şirkətinə məxsus Boeing 737-800 təyyarəsindən gedir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, mayın 1-də Rusiya hava məkanını pozduqdan sonra 140-dan çox Ukrayna dronu məhv edilib. Bu dronlardan bəziləri Azov və Qara dəniz suları üzərində ələ keçirilib