İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında ölkəsinin ABŞ və İsrail ilə münaqişəyə son qoymaq mövqeyini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"İranın xarici işlər naziri Abbas Əraqçi cümə axşamı telefon danışığı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın ABŞ və İsrailin müharibə və təcavüzünə son qoymaq üçün son mövqeləri və təşəbbüsləri barədə fikir mübadiləsi aparıb", - deyə o əlavə edib
