Növbəti mövsüm üçün İtaliya A Seriyasına yüksələn ilk klub müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu, "Venetsiya" olub.
Komanda bunu B Seriyasının 37-ci turunda səfərdə "Spetsiya" ilə heç-heçə etməklə bacarıb. "Venetsiya" sona 1 tur qalmış 3-cü yerdəki "Montsa"nı 4 xal qabaqlayıb və elitaya vəsiqəni təmin edib.
Qeyd edək ki, "Venetsiya" sonuncu dəfə 2021/2022 mövsümündə A Seriyasında yarışıb.
