Ağ Ev ABŞ Silahlı Qüvvələri Venesuela ərazisinə hava zərbələri endirdiyini təsdiqləyib. 

"Unikal" xəbər verir ki, amerikalı rəsmilər bunu "Fox News" telekanalına təsdiqləyiblər.

***

ABŞ ordusu Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlarda ABŞ qoşunlarının iştirakı ilə bağlı şərh verməkdən imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazıb. 

"Vaşinqtondakı ABŞ hərbi sözçüsü Karakasda baş verən partlayışlar barədə məlumatlardan xəbərdar olduğunu, lakin ABŞ-nin iştirakı ilə bağlı şərh verməkdən imtina etdiyini söylədi", - deyə açıqlamada bildirilir.

Bundan əvvəl "CBS News"  yazmışdı ki, Tramp administrasiyası da hadisədən xəbərdardır. ABŞ hökumətindən hələlik rəsmi şərh verilməyib.