Argentina prezidenti Xavyer Milaqros sosial mediada bir neçə paylaşım edərək Venesuela prezidenti Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən həbs olunmasını dəstəkləyib.

"Unikal" xəbər verir ki, o, həmçinin müxtəlif istifadəçilərin səhifələrindən bir neçə paylaşımı, o cümlədən Venesuela prezidentini sərt tənqid etdiyi çıxışının videosunu təkrarlayıb.

Argentina prezidenti videoya şərhində "Narko-terrorçu diktator Nikolas Maduronun həbsi ilə bağlı fikrim" deyib.