Meğri gömrük məntəqəsinin rəisi Ovannes Əmirxanyan həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi istintaq altında olan cinayət işi çərçivəsində Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla 5 nəfərə qarşı cinayət təqibinin başlandığını təsdiqləyib.
Onlar dövlət vəzifələrindən sui-istifadə etməkdə, vergidən yayınmaqda və buna kömək etməkdə ittiham olunurlar. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən birinə və digər şəxsə qarşı qətimkan tədbiri olaraq həbs qətimkan tədbiri tətbiq edilib.
Ağarza Elçinoğlu
