İranda qanuni etirazlar dinlənilməlidir, lakin iğtişaşlarda iştirak edənlərə qarşı tədbirlər görülməlidir.

"Unikal" xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xamenei deyib 

İranın ali ruhani lideri qeyd edib ki, prezident və hökumət problemdən xəbərdardır və həll yolları axtarır, lakin etirazçıların arxasında təxribatçıların və ya düşmən muzdlularının görünməsi və ölkə və İslam əleyhinə şüarlar səsləndirməsi qəbuledilməzdir. Xamenei qeyd edib ki, onlarla danışmaq mənasızdır; qətiyyətli hərəkətə ehtiyac var.