Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 72 şübhəli şəxsdən 67-si məhkəmənin qərarı ilə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, yanvarın 2-də Ağrıda İŞİD-ə qarşı əməliyyat keçirilib və 10 şübhəli saxlanılıb. Bundan başqa, Yalovada 3 polisin həlak olmasına səbəb olan İŞİD-in təbliğatını aparan daha bir nəfər Siirtdə tutulub.