Venesuela xarici işlər naziri İvan Gil ABŞ-ni ölkəsinə qarşı hərbi təcavüz etməkdə ittiham edib.
"Unikal" xəbər verir ki, Venesuela Bolivar Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, zərbələr Karakasda, eləcə də Miranda, Aragua və La Guaira ştatlarında mülki və hərbi hədəfləri hədəfə alıb.
Sənəddə ABŞ-nin hərəkətlərinin BMT Nizamnaməsinin, xüsusən də dövlət suverenliyi, hüquqi bərabərlik və güc tətbiqinin qadağan edilməsi prinsiplərinin kobud şəkildə pozulması olduğu bildirilib. Karakas qeyd edib ki, hadisə, xüsusən də Latın Amerikası və Karib dənizində beynəlxalq sülh və sabitliyə təhdid yaradır və milyonlarla insanın həyatını təhlükəyə atır.
