Rusiya qoşunları DXR-dəki Bondarnoye kəndini nəzarətə götürüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi  məlumat yayıb.

"Cənub Qüvvələr Qrupunun bölmələri aktiv əməliyyatlar nəticəsində Donetsk Xalq Respublikasının Bondarnoye kəndini ələ keçirib", - deyə açıqlamada bildirilir.

Daha əvvəl, 2 yanvarda Rusiya ordusunun bir həftə ərzində DXR, Zaporojye və Xarkov vilayətlərində doqquz yaşayış məntəqəsini nəzarətə götürdüyü açıqlanmışdı.