Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes videomüraciət yayıb. 

"Unikal" xəbər verir ki, o, müraciətində "Venesuela xalqının ABŞ hökumətinin ən cinayətkar hərbi təcavüzünə məruz qaldığını" bildirib.

"Qəhrəman Venesuela xalqı! Vətən əsgərləri! Bolivarın oğulları və qızları!

Bolivar Milli Silahlı Qüvvələri bütün dünyaya məlumat verir ki, bu gün səhər tezdən, 2026-cı il yanvarın 3-də Venesuela xalqı ABŞ hökuməti tərəfindən ən cinayətkar hərbi təcavüzə məruz qalıb.

Şərəf, vəzifə və tarix bizi çağırır. Hər guşədə azad Vətən nidası səslənsin! Qələbə bizim olacaq, çünki ağıl və ləyaqət bizi müşayiət edir! Biz qalib gələcəyik!”, - deyə o vurğulayıb.

Bundan əvvəl "Sky News Arabia" telekanalı ABŞ-ninn Venesuela müdafiə nazirinin evinə zərbələr endirdiyini və onunla əlaqənin kəsildiyini bildirmişdi.

***11:30

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-nin Karakasdakı evinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki,  bu  barədə "Sky News Arabia"  nəşri yazıb. 

****

Venesuela müdafiə naziri Vladimir Padrino Lopesin evinin və paytaxtdakı limanın artilleriya atəşinə tutulduğunu iddia edilir.

"Unikal" xəbər verir ki, bu  barədə "Sky News Arabia" məlumat dərc edib. 

Mənbələr telekanala Karakasdakı zərbələrin hədəfinin aviabazanın olduğunu bildirir.  

"ABŞ Maduro rejimini devirmək üçün çalışır və müxalifəti dəstəkləyir", - KİV qeyd edib. 

Gülayə Mecid