ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hücum nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanıldığını bəyan edib.

"Unikal" xəbər verir ki, bu açıqlamadan sonra Maduro ailəsinə məxsus olduğu iddia edilən nəhəng mal varlığı yenidən gündəmə gəlib. Xatırladaq ki, ötən ilin avqustunda ABŞ-nin baş prokuroru və daha sonra ədliyyə naziri vəzifəsini icra edən Pam Bondi, Maduronun təxminən 700 milyon dollar dəyərində olan əmlak və aktivlərinə el qoyulduğunu açıqlamışdı.

 ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Venesuela liderinə aid olduğu irəli sürülən və ümumi dəyəri təxminən 700 milyon dollar olan müxtəlif əmlak və maliyyə aktivləri müsadirə olunub.

Müsadirə edilən varlıqlar arasında:
    •    iki ədəd Dassault Falcon tipli şəxsi reaktiv təyyarə,
    •    Dominikan Respublikasında yerləşən lüks malikənə,
    •    Florida ştatında bir neçə dəbdəbəli ev,
    •    atçılıq təsərrüfatı,
    •    doqquz lüks avtomobil,
    •    iri məbləğdə nağd pul və qiymətli zinət əşyaları yer alır.

 Məlumata görə, Maduronun “prezident təyyarəsi” kimi istifadə etdiyi "Dassault Falcon 900EX" tipli reaktiv təyyarəyə 2024-cü ilin sentyabrında Dominikan Respublikasında ABŞ tərəfindən əl qoyulub və daha sonra Florida ştatına aparılıb. Təyyarənin dəyərinin təxminən 13 milyon dollar olduğu bildirilir.

Bundan başqa, 2025-ci ilin fevralında Dominikan Respublikasında Maduronun yaxın çevrəsi tərəfindən istifadə edilən daha bir "Dassault Falcon 2000EX tipli şəxsi reaktiv təyyarə də müsadirə edilib.

ABŞ Ədliyyə Nazirliyi bildirir ki, istintaq prosesi davam edir və əlavə müsadirələrin istisna olunmadığı vurğulanır.