ABŞ-nin Arizona ştatının dağlarında baş verən helikopter qəzasında dörd nəfər həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, helikopter Teleqraf Kanyonu yaxınlığında qəzaya uğrayıb.
Şerif ofisinin məlumatına görə, vertolyotda olan dörd nəfər, o cümlədən 59 yaşlı pilot, 21 yaşlı iki və 22 yaşlı bir qadın həlak olub.
***10:17
ABŞ-nin Arizona ştatının dağlarında MD 369FF adlı özəl helikopter qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, helikopterdə dörd nəfər olub. Hələlik itkilər və ya ölənlər barədə heç bir məlumat yoxdur.
Məlumata görə, helikopter Arizona ştatının Kuin Krik şəhərindəki Peqasus aerodromundan havaya qalxıb.
