Oğuzda avtomobil yoldan çıxaraq aşıb, sürücü ağır xəsarət alıb.

"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Muxas kənd sakini Şahin Ramazanovun idarə etdiyi VAZ-2121 (Niva) markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası sürücüyə yerində ilkin yardım göstərib. Daha sonra o, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Oğuz rayon polis şöbəsində araşdırma aparılır.