Quba rayonunda qarlı hava şəraiti faciəyə səbəb olub
"Unikal"ın Şimal bürosunun məlumatına görə, "KIA" markalı minik avtomobili qarlı yolda sürüşmə səbəbindən idarəetmədən çıxaraq qayadan aşıb.
Avtomobildə olan sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca
