Tovuzun ucqar kəndlərinə gedən yollar buz bağlayıb.
"Unikal"ın məlumatına görə, ötən gecədən yağmağa başlayan qar rayonun ucqar kəndlərində ciddi fəsadlar yol açıb.
Belə ki, Tovuz-Böyük Qışlar kənd avtomobil yolunda əksər yerlərdə yolların buzlu və keçilməz olması avtomobillərin hərəkətində çətinlik yaradıb.
Tovuzla bərabər ətraf rayonlardan da qar görmək üçün qonaq gələnlər yollardakı çətinlik səbəbindən müəyyən yerlərdən geri qayıtmağa məcbur olublar.
Ərazi dağlıq olduğundan yenidən qar yağacağı istisna edilmir. Ərazidə yolların buz bağlaması da qaçılmazdır.
Qeyd edək ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Tural Əhmədov
