Evdə partlayış olub, 63 yaşlı kişi xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Şamaxı rayonunun İstiqlal küçəsi ev 16 ünvanında qeydə alınıb.

1963-cü il təvəllüdlü Ömərov Rahim Paşa oğluna məxsus yaşayış evində qaz sızma nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Seymur Əli