Qax rayonunda 62 yaşlı kişi kafedə ölüb.

“Unikal” xəbər verir ki, hadisə rayonun Kötüklü kəndində yerləşən kafelərdən birində baş verib. Belə ki, kafeyə müştəri qismində gələn Qax rayonunun Qaysarlı kənd sakini, 1964-cü il təvəllüdlü Musayev Əbülfət Eyyub oğlu qəfildən özünü pis hiss edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli