Goranboyda minik maşınının aşması zamanı ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, ölənlər Goranboy rayonun Kələk kənd sakinləri - sürücü 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynovdur.  Qəzada xəsarət alanlar isə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynovadır.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir.

***

Goranboyun Nadirkənd kəndində baş verən yol qəzasında xəstəxanaya yerləşdirilən yaralılardan biri dünyasını dəyişib. 

"Unikal"ın məlumatına görə, bununla da ölənlərin sayı 2 nəfərə çatıb, digər yaralılının müalicəsi isə davam edir.

Faktla bağlı araşdırma aparılır.

XXX

00:39

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nadirkənd kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov