Gəncədə doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məmməd Xələfov küçəsində qeydə alınıb.
Sözügedən küçədə yerləşən 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzildə qəfil yanğın olub.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.
Qısa müddətdə alovun qarşısı alınıb. Binadakı evlər yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov
