Goranboy rayonunda bədbəxt hadisə baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yaxınlığında yıxılıb.

Yıxılma zamanı qadının başı beton dirəyə dəyib. O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov