Yeni il gecəsi Amsterdamın tarixi mərkəzi yaxınlığında 150 illik tarixi olan kilsə yanıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yanğının gecə yarısından az sonra başladyıb.
Yanğın artıq Vondelkerk kilsə qülləsinin dağılmasına səbəb olub. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib. Memarlıq abidəsinin bərpası mümkün deyil.
Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, yanan köz şəhərin mərkəzinə doğru yayılır.
