Hazırda danışıqlar mərhələsində olan Ukrayna ilə bağlı sülh razılaşması əldə edilməsə, ABŞ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar hazırlayır.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.
Qeyd olunur ki, yeni məhdudiyyətlər bu həftənin əvvəlində elan edilə bilər. Agentliyin mənbələrinə görə, Vaşinqton Rusiya neftinin daşınmasında iştirak etdiyi iddia edilən kölgə donanmasına, eləcə də Rusiyanın enerji ehtiyatları ilə bağlı əməliyyatları asanlaşdırdığı iddia edilən treyderlərə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya əleyhinə istənilən sanksiya Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması prosesinə zərər verəcək.
