Münaqişənin davam etməsi Ukraynanın hazırkı formasında sonuna gətirib çıxara bilər.

"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın "Newsmax" kanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya döyüş meydanında uğur qazanır və hərbi münaqişə  "Volodimir Zelenskini sülhə razı sala biləcək" bir qüvvə ortaya çıxana qədər davam edəcək.

Lukaşenko vurğulayıb ki, "Buna görə də bu gün ən vacib şey qırğını dayandırmaqdır ki, insanlar ölməsin".