Ermənistan parlamenti hökumət tərəfindən təqdim edilmiş "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda və tam şəkildə qəbul edib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Qanun layihəsi sıravi əsgərlər üçün 24 aylıq məcburi hərbi xidmət müddətini 18 aylıq xidmət müddəti ilə əvəz etməyi hədəfləyir. Qanunun icrası 1 yanvar 2026-cı ildən sonra məcburi hərbi xidmətə çağırılan vətəndaşlara şamil ediləcək.

Qanun layihəsi 65 lehinə, 4 əleyhinə və 20 bitərəf səslə qəbul edilib. 

Ağarza Elçinoğlu