Rusiyanın Kamçatka diyarında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının teleqram kanalında bildirilib.

Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskidən 218 km məsafədə baş verib.

Zəlzələnin episentrinin dərinliyi 58,3 km olub.