ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın “BBC” tele-radio yayım korporasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp BBC-ni “Panorama” proqramında onun açıqlamalarını qəsdən təhrif etməkdə ittiham edir.  

Məlumata görə, iddia Trampın adından ABŞ-nin Florida ştatının cənub dairə məhkəməsinə təqdim olunub. İddia ərizəsində qeyd olunur ki, BBC-nin “Panorama” sənədli filmində Donald Tramp “yanlış, böhtan xarakterli, çaşdırıcı, nüfuzdan salan, təhrikedici və qərəzli şəkildə” təqdim edilib.

ABŞ Prezidenti məhkəmədən cavabdehlər əleyhinə ən azı 5 milyard dollar məbləğində ziyanın ödənilməsi barədə qərar çıxarılmasını tələb edir.

Bundan əlavə, Tramp BBC-nin Florida ştatının aldadıcı və ədalətsiz ticarət praktikaları haqqında qanununu pozduğunu iddia edərək daha 5 milyard dollar tələb edir. Beləliklə, Trampın ümumi maliyyə tələbi 10 milyard dollar təşkil edir.

Gülayə Mecid