Belçikada işgüzar səfərdə olan Türkiyənin xarici işlər nazir Hakan Fidan Ukraynanın Qara dənizdə Rusiya gəmilərinə hücumlarından danışıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısına qatılan Hakan Fidan jurnalistin suallarını cavablandırıb

Fidan Qara dənizdə gəmilərə edilən hücumlarla bağlı əhəmiyyətli xəbərdarlıq edib. XİN rəhbəri qeyd edib ki, Bolqarıstan, Rumıniya və Türkiyə xüsusilə müharibə zamanı sahilə çıxan üzən minaları aradan qaldırmaq üçün işçi qrupu yaradıblar.

Dəniz qüvvələrinin də bu mövzuda işlərə başladığını bildirən nazir, "Hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyini pozur və ticarətə təsir edir. Hücumlar göstərir ki, müharibə coğrafiyası genişlənir və bu, çox qorxuludur", - deyib. 

Xatırladaq ki, son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Qara dənizdə, Türkiyə sahilləri yaxınlığında  Rusiyaya yağ daşıyan tankerləri PUA-larla vurub. 

Gülayə Mecid