Yazıçı Boris Akunin qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.

"Unikal" xəbər verir ki, Moskva Məhkəməsi Qriqori Çxartişvilini (yazıçının əsl adı -red.) xarici agentlər haqqında qanunu pozmaqda günahkar bilib.

O, əvvəllər terror fəaliyyətinə kömək etməkdə və terrorizmi haqlı çıxarmaqda məhkum edilmişdi.

"Erast Fandorinin macəraları"nın müəllifi 10 ildən çoxdur ki, Avropada yaşayır.