Ermənistan hökuməti Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı sənədləri dərc edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin aşağıda qeyd olunan sənədləri hökumətin saytında dərc edilib:
ATƏT MQ təklifləri;
Ermənistan Respublikasının baş nazirliyinə namizəd Serj Sarkisyanın Milli Assambleyada bəyanatları;
Krakov sənədi;
Serj Sarkisyanın Vladimir Putinə məktubu;
ATƏT MQ-nin 2016-cı il üçün təklifləri;
Rusiyanın təklif etdiyi paket;
Kazan sənədi;
Madrid Prinsipləri;
Meğri və Qarabağ mübadiləsi variantı;
ATƏT MQ Hərtərəfli Tövsiyələri;
ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon Sammitində bəyanatı;
Budapeşt Zirvə Bəyannaməsi;
BMT Təhlükəsizlik Şurasının qətnamələri.
Ağarza Elçinoğlu
