Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə işgüzar səfəri başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlayıb.
Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 6-cı iclasından əvvəl Mirzoyanla Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında təkbətək görüş baş tutub.
Bugünkü gündəliyə Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı məsələlər, o cümlədən yeni gündəliyin yaradılması, həmçinin regional mövzular, o cümlədən əlaqələrin təşviqi daxildir.
Ağarza Elçinoğlu
