Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Türkiyənin ərazi sularında türk tankerlərinə hücumunun ölkənin suverenliyinin pozulması olduğunu bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Xüsusən də Türkiyənin ərazi sularında, ticarət gəmilərinə və tankerlərə edilən hücum çox çirkin hadisədir. Üstəlik, bu, Türkiyə Respublikasının suverenliyinə, bu gəmilərin sahiblərinin təhlükəsizliyinə və əmlakına hücumdur. Bu, Kiyevin mahiyyətini bir daha ortaya qoyur", - o, brifinqdə Rusiyanın bu münaqişə prosesinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Xatırladaq ki, noyabrın 28-də Qambiya bayrağı altında Rusiyaya gedən “Kairos” və “Virat” tankerləri Qara dənizdə Türkiyə sahillərində hücuma məruz qalıb. Noyabrın 29-da səhər saatlarında Virat yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Bundan əlavə, Türkiyənin “Beşiktaş Dənizçilik” şirkətinə məxsus M/T Mersin tankeri Seneqal sahillərində batmağa başlayıb. İlkin məlumatlara görə, gəmi neft daşıyırmış və onu pilotsuz təyyarə vurub.
Gülayə Mecid
