ABŞ və Suriya qüvvələri terror təşkilatı İŞİD-in Suriyadakı silah anbarlarına qarşı birgə əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 

"CENTCOM və Suriya Daxili İşlər Nazirliyinə bağlı qüvvələr 24-27 noyabr tarixləri arasında Suriyanın cənubunda İŞİD-in silah anbarlarının yerləşdiyi 15-dən çox yeri müəyyən edib və məhv edib", - CENTCOM-un yaydığı açıqlamada qeyd olunub.