İranın vitse-prezidenti İsmayıl İsfahaninin həyat yoldaşı Səqab İsfahani dəhşətli yol qəzasında həyatını itirib.
"Unikal" "Tasnim"ə istinadən xəbər verir ki, qəza bu gün saat 13:19 radələrində Saqab İsfahaninin olduğu ailəsini daşıyan "Tara" avtomobili İvankinin giriş meydanında yük maşını ilə toqquşub.
Vitse-prezidentin həyat yoldaşı qəza yerində həyatını itirib.
Qəzada vitse-prezidentin üç uşağı və atası da yaralanıb. Onlar təcili yardım işçiləri tərəfindən dərhal Gərmsar Xəstəxanasına aparılıb.
Bildirilir ki, Səqab İsfahaninin olduğu avtomobili atası idarə edirmiş.
