Qırğızıstanda keçirilən Joqorku Keneş (birpalatalı parlament) deputatlarının növbədənkənar seçkilərində səsvermə başa çatıb.

"Unikal" “kabar.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Tınçtıq Şaynazarov bildirib.

Onun sözlərinə görə, avtomatik oxuma cihazları artıq bütün 30 birmandatlı seçki dairəsindən seçici fəallığı barədə məlumatları və ilkin nəticələri Mərkəzi Seçki Komissiyasına ötürməyə başlayıb.

Şaynazarov vurğulayıb ki, məlumatlar operativ rejimdə daxil olur və Mərkəzi Seçki Komissiyası həm ölkə daxilində, həm də xaricdə seçki məntəqələrindən məlumatları emal etməyə davam edir.

***09:25

Bu gün Qırğızıstanda Joqorku Keneşa (parlament) deputatlarının erkən seçkilərində yerli vaxtla səhər saat 8:00-da seçki məntəqələri açılıb.

"Unikal" xəbər verir ki, səsvermə 25 sentyabrda özünü buraxmaq qərarına gələn əvvəlki parlament çağırışının qərarından sonra keçirilir. Bu addım parlament kampaniyasını 2027-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılan qarşıdan gələn prezident seçkilərindən ayırmaq zərurəti ilə izah edilib.

Ölkədə ümumilikdə 2492 seçki məntəqəsi açılıb, onlardan 100-ü xaricdə, 40-ı isə Rusiya Federasiyasındadır. Biometrik qeydiyyatdan keçmiş 18 yaş və yuxarı Qırğızıstan vətəndaşları səs vermək hüququna malikdirlər. Seçici siyahılarına 4 294 243 nəfər daxil edilib.

Seçki günü asayişi təmin etmək və qanun pozuntularının qarşısını almaq üçün 10 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı iş başındadır. Səsvermə saat 20:00-a qədər davam edəcək. İlkin nəticələrin səsvermə məntəqələri bağlandıqdan dərhal sonra açıqlanması gözlənilir və yekun nəticələrin 14 dekabr tarixinə qədər hesablanıb rəsmi olaraq elan edilməsiplanlaşdırılır.