Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Qeyd olunur ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.

 

07:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Lökbatan qəsəbəsində yerləşən, Bakı Logistika şirkətinə məxsus anbarlardan birində güclü yanğın baş verib.

"Unikal"ın məlumatına görə, hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Seymur Əli