Astroloqlar bu həftənin ən uğurlu bürclərini açıqlayıb.

"Unikal" xəbər verir ki, mütəxəssislərin proqnozlarına görə, bu həftə xüsusilə Şir, Buğa, Oxatan, Tərəzi və Balıq bürcləri üçün uğurlu və enerjili keçəcək. Astroloqlar bildirirlər ki, bəzi bürcləri maddi qazanc, bəzilərini isə sevgi və yeni fürsətlər gözləyir.

Şir bürcü bu həftə diqqət mərkəzində olacaq. İş və şəxsi həyatda önəmli fürsətlər yarana bilər. Özünəinamın artacağı bildirilir.

Buğa bürcü üçün isə daha çox maddi rahatlıq və daxili huzur ön plandadır. Uzun müddətdir gözlənilən bir məsələ müsbət nəticə verə bilər.

Oxatan bürclərini sürpriz xəbərlər və yeni tanışlıqlar gözləyir. Astroloqlar risk alan Oxatanların şanslı olacağını vurğulayır.

Tərəzi bürcü emosional balansını bərpa edəcək. Münasibətlərdə aydınlıq və yaxınlaşmalar mümkündür.

Balıq bürcü isə güclü intuisiya və romantik enerji ilə seçiləcək. Keçmişdən gələn xəbərlər və duyğusal yenilənmə ehtimalı yüksək qiymətləndirilir.