Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.
"Unikal" metbuat.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Bildirilib ki, Hüseyn Əsədov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı.
H. Əsədov bu gün Binə qəbiristanlığında dəfn olunub.























































