"Müharibəni quru əməliyyatı olmadan qazanmaq mümkün deyil".

"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlayıb.

O, Belarus ordusunun ölkəyə qarşı mümkün təcavüzə hazırlığının nəzərdən keçirilməsini əmr etdiyini, real hərbi təhlükə halında Belarus silahlı qüvvələrinin necə hərəkət edəcəyi ilə maraqlandığını deyib.

Lukaşenko İsrail, İran və ABŞ arasında baş verən son silahlı münaqişəni nümunə kimi göstərib: "Onlar bombaladılar və raket atdılar. Bəs onlar qalib gəldilərmi? Xeyr. Biz də quru əməliyyatı olmadan qalib gələ bilmərik".

O qeyd edib ki, müasir müharibələr göstərir ki, təkcə raket zərbələri və bombardman qələbə qazanmaq üçün kifayət deyil. Buna görə də, o bildirib ki, Belarus real təhdidləri nəzərə almalı və ordusunu yerdəki hərəkətlər də daxil olmaqla istənilən ssenariyə hazırlamalıdır.

Ağarza Elçinoğlu