Paşinyan Aİ və AAİ arasında seçimlə bağlı referendum keçirməyə ehtiyac olmadığını bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində açıqlayıb.

Paşinyan Rusiya prezidenti Vladimir Putinin bu barədə bəyanatına istinadən deyib: "Biz bu məsələni Rusiya prezidenti ilə işçi səviyyəsində müzakirə etdik. Mən demişəm ki, de-yure, de-fakto seçim etməyə ehtiyac qalmayana qədər belə bir məsələni gündəmə gətirməyəcəyik. Mən həmçinin boşanma ifadəsi ilə razı deyiləm, çünki bəzən dövlətlərarası münasibətləri nikahla qarışdırırıq. Mən belə bir ifadə ilə razı deyiləm".

Onun sözlərinə görə, ehtiyac yaranmayana qədər biz belə bir məsələni referenduma çıxarmayacaq: "Obyektiv ehtiyac yarandıqda bunu edəcəyik. İndi buna ehtiyac yoxdur. Biz AAİ tərəfdaşlarımıza və ittifaqdakı iştirakımıza böyük hörmətlə yanaşırıq".

Ağarza Elçinoğlu