Diaqnoz Tibb Mərkəzinin radioloqu, ultrasəs müayinə (USM) həkimi Gülnarə Əliyeva 08–10 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Hangzhou şəhərində keçirilən 15-ci Westlake Beynəlxalq Konfransda (WICUMB-2026) iştirak edib.

"Unikal" xəbər verir ki, beynəlxalq səviyyədə nüfuzlu elmi platformada iştirak həkimimizin peşəkar bilik və təcrübəsinin yüksək qiymətləndirilməsinin göstəricisidir. Konfrans çərçivəsində ultrasəs diaqnostikası sahəsində ən son yeniliklər, müasir yanaşmalar və elmi təcrübələr müzakirə olunmuşdur.

Beynəlxalq elmi tədbirdə Dr. Gülnarə Əliyevanın iştirakını qürurla qarşılayır, gələcək fəaliyyətində uğurlar arzulayırıq.