Moskva Cənubi Koreya və ABŞ-nin KXDR sərhədləri yaxınlığında davam edən hərbi fəaliyyətindən narahatdır, çünki bu, Koreya yarımadasında gərginliyin artmasına səbəb olur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirlik müvafiq mövqenin Cənubi Koreya tərəfinə çatdırıldığını qeyd edib.
"Cənubi Koreya tərəfi həmçinin Koreya Xalq Demokratik Respublikasının sərhədləri yaxınlığında Koreya Respublikası ilə ABŞ arasında davam edən qarşıdurma hərbi fəaliyyəti ilə bağlı narahatlıqlar barədə məlumatlandırılıb", - deyə açıqlamada bildirilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, bu cür hərəkətlər həm Koreya yarımadasında, həm də bütövlükdə regionda gərginliyin daha da artmasına səbəb olur.








































.jpg)











