Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib.
"Unikal" bu gün general olan hərbçilərlə bağlı məlumatları təqdim edir:
"General-mayor" ali hərbi rütbəsi ilə təltif edilən polkovnik Azər Əfrayıl oğlu Heybətli Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir.
O, Azərbaycan Ordusunda müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb, Azərbaycanın Böyük Britaniyadakı attaşesi vəzifəsində də fəaliyyət göstərib.
"General-mayor" ali hərbi rütbəsi verilən digər polkovnik Elçin Rəhim oğlu Abdullayev Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsidir.

Ali hərbi rütbə alan Gülməmməd Tofiq oğlu Rzayev Quru Qoşunlarının Artilleriya idarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib. O, "Qarabağ" ordeni ilə təltif edilib.

Ruslan Dünyaməddin oğlu Ağasiyev isə Azərbaycan Ordusunda korpuslardan birinin qərargah rəisidir. Ona da "general-mayor" ali hərbi rütbəsi verilib.

"General-mayor" ali hərbi rütbəsi alan daha bir polkovnik - Rəsul Rasim oğlu Əliyev Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.
Seymur Əli










.jpg)







































.jpg)




