Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskinin nümayəndələri ilə görüşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko onlara Belarusu müharibəyə cəlb etmək cəhdlərinin münaqişənin mahiyyətində kəskin dəyişikliyə səbəb olacağını bildirib. 

Belarus liderinin sözlərinə görə, Ukrayna tərəfi vəziyyətin ciddiliyini anlayır və substantiv danışıqlara başlamaq zərurəti ilə bağlı qarşılıqlı anlaşma mövcuddur: "Bu yaxınlarda Minskdə Zelenskinin nümayəndələri ilə görüşdüm. Kiyev başa düşür ki, Minsk müharibəyə cəlb edilə bilməz".

Lukaşenko Belarusun müharibəyə qarışmaq istəmədiyini vurğulayıb və Rusiyanın bu istiqamətdə təzyiq göstərdiyinə dair ittihamları rədd edib. 

O, məsələnin Rusiya Prezidenti ilə dəfələrlə müzakirə olunduğunu deyib: "Ukrayna xalqı belaruslara qarşı vuruşmaq istəmir, necə ki, belarusların özləri ukraynalılarla müharibə etmək istəmirlər".

Prezident gərginlikdən qaçınmağa və Rusiya və Belarusun maraqlarını nəzərə alaraq məsələləri diplomatik yolla həll etməyə çağırış edib. 

Ağarza Elçinoğlu