Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan fransalı həmkarı Bertrand Buxvalter ilə məhsuldar görüş keçirib.
"Unikal" xəbər verir ki, Prezidentin köməkçisi bu barədə özünün X hesabında yazıb.
"Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında ötən ay baş tutan telefon danışığının ruhuna uyğun olaraq, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional inkişaflar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardıq", - deyə diplomat qeyd edib.
I had a productive meeting with my French colleague, Bertrand Buchwalter, who is visiting Baku. In the spirit of the phone conversation held last month between President Ilham Aliyev and President Emmanuel Macron, we reviewed the current state and prospects of Azerbaijan–France… pic.twitter.com/0LJ9hkyVhq
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 25, 2026





































.jpg)














