Supermodellər Bella Hadid və Gigi Hadidin anası Yolanda Hadid yenidən ailə qurmağa hazırlaşır.
"Unikal" TMZ-yə istinadən xəbər verir ki, 62 yaşlı keçmiş model amerikalı sahibkar Randy Kendrickdən evlilik təklifi alıb.
Hadidin seçdiyi şəxs sənaye logistika daşınmaz əmlakı sahəsində fəaliyyət göstərən "Xebec" şirkətinin təsisçisi və baş icraçı direktoru olmaqla yanaşı, həm də "Sandow Lakes Ranch Venture" şirkətinə rəhbərlik edir.
Bu xəbər gözlənilməz olub. Belə ki, 2025-ci ilin əvvəlində Yolanda nişanlısı, tikinti şirkətinin rəhbəri Joseph Jingoli ilə ayrılmışdı. Onların münasibəti təxminən altı il davam etsə də, cütlük evlənməmişdi. Yolanda üçün bu, üçüncü nikah olacaq. O, 1994–2000-ci illərdə daşınmaz əmlak inkişaf etdiricisi Mohamed Hadid ilə evli olub. Bu evlilikdən onların üç övladı – Gigi, Bella və Anwar Hadid dünyaya gəlib.
Keçmiş model daha sonra, 2011-ci ildə məşhur musiqi prodüseri David Foster ilə ailə qurub. Lakin cütlük altı il sonra boşanıb.
Yolanda Hadid hələlik nişanlanması ilə bağlı xəbərləri rəsmi şəkildə şərh etməyib.







.jpg)


















.jpeg)


.png)


















